Millimizin futbolçusu qolunu dünyasını dəyişmiş babasına həsr etdi

Millimizin futbolçusu qolunu dünyasını dəyişmiş babasına həsr etdi

Portuqaliya klubu "Tondela"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun babası dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib. Dadaşov Portuqaliya çempionatında VII turda "Famalikan"ı 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada qələbə topunun müəllifi olub. 84-cü dəqiqədə fərqlənən forvard babasının vəfat etdiyini paltardəyişmə otağında öyrənib. O, çempionatda vurduğu qolu babasına həsr edib: "Matçdan sonra oyunlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyini öyrəndim. Baba, hər şey sənin üçün idi. Kaş, bu anları görə bilərdin. Əminəm ki, görürsən. Səndən ötrü sonsuzadək darıxacağam".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov Portuqaliya təmsilçisində icarə əsasında çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər