Millimizin futbolçusu Polşa klubuna keçir? - AÇIQLAMA

Millimizin futbolçusu Polşa klubuna keçir? - AÇIQLAMA

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və "Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərov həm yerli, həm də xarici klubların diqqət mərkəzinə düşüb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi", "Sabah" və "Sumqayıt"ın da maraqlandığı 19 yaşlı futbolçuya agentlər vasitəsi ilə Polşa və Türkiyədən də yeni çağırışlar çatdırılıb.

Konkretləşdirsək, Polşanın elita təmsilçisi "Lodz" və Türkiyənin 1-ci liqa klublarından "Denizlispor" Səfərova sərfəli və perspektivli transfer gözüylə baxır. 

"Qəbələ"nin baş meneceri Nail Kərimovun bu barədə Fanat.Az-a verdiyi açıqlama belə oldu:

"Qəbələ"yə Emillə bağlı hər hansı təklif gəlməyib. Lap gəlsə də, bu yay onu buraxmaq fikrimiz yoxdur. Bir-iki oyuna çıxmaqla iş bitmir ki... Hələ bir müddət oynamalı, özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdır".    

Millimizin futbolçusu Polşa klubuna keçir? - AÇIQLAMA

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər