Millimizin futbolçusu Niderland klubunda debüt etdi

Millimizin futbolçusu Niderland klubunda debüt etdi
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debütü gerçəkləşib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi I Divizionun XXI turunda AZ klubunun əvəzedici komandası ilə görüşdə iştirak edib.
Kökçü 67-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.
"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər