Millimizin futbolçusu klubundan ayrıldı

Millimizin futbolçusu klubundan ayrıldı

Millimizin futbolçusu Tellur Mütəllimov “Sumqayıt”dan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı 27 yaşlı müdafiəçi özü yayıb. 

Bu barədə o, "İnstagram" səhifəsində yazıb:

“Çətin olsa da, deməliyəm ki, 2 ildir uğurları üçün çalışdığım “Sumqayıt” klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.

Qeyd edək ki, Tellur Mütəllimov 2020-ci ilin yayında “Sumqayıt”a keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər