Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi

Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Alkorkon” klubunu tərk edib.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İspaniyanın digər I divizon təmsilçisi "Albasete”yə keçib. Yeni klubunun İsrafilovu bu gün ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, İsrafilov indiyədək İspaniyanın "Ximnastik”, "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba” klublarında çıxış edib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər