Millimizin futbolçusu İspaniya klubundan ayrıldı

Millimizin futbolçusu İspaniya klubundan ayrıldı
Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kordoba” klubunda da qalmayıb. 
Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi Sequnda klubundan ayrılıb. Buna səbəb Eddinin “Kordoba” ilə icarə müddətinin başa çatmasıdır. Müqavilə ilə “Mursiya”ya məxsus olan 24 yaşlı oyunçunun yanvar ayında icarəyə keçdiyi “Kordoba” ilə anlaşma müddəti bu gün başa çatıb.
2011-ci ildən “Mursiya”ya məxsus olan Eddi İsrafilov bununla həmin vaxtdan bəri icarə əsasında yollandığı 4-cü klubda da özünü doğrulda bilməyib. O bu ilin ilk 6 ayında “Kordoba”nın heyətində 9 oyunda iştirak edib.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan yığmasında 5 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər