Millimizin futbolçusu Gürcüstan klubunda - RƏSMİ

Millimizin futbolçusu Gürcüstan klubunda - RƏSMİ

Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Abdulla Xaybulayev "Sabah"da 15, yığmada isə 3 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər