Yığmamızın futbolçusu Fransa klubuna keçə bilər

Yığmamızın futbolçusu Fransa klubuna keçə bilər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Mustafa Yıldırım Fransa klubunun diqqət mərkəzinə düşüb.
 
Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik” məlumat yayıb. 
 
Nəşrin yaydığı xəbərə görə, "Lill” klubu futbolçunun xidmətində maraqlıdır və oyununu izləyəcək.
Liqa 1 təmsilçisinin idman direktoru Luis Kamposun yeni mövsümdə 4 futbolçunu yaxından izləyəcəyi, onların arasında "Alanyaspor”un gənclərdən ibarət komandasında çıxış edən Mustafanın da olduğu bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz və 18 yaşlı Mustafa Kapı "Lill"ə keçib.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər