Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu "Telstar"dan "Eyndhoven"ə keçib.
Hər iki komanda səviyyəcə ikinci sayılan Erstedivizion təmsilçisidir.
Qeyd edək ki, Ozan Can Kökçü əvvəllər Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinib.