İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Sequndanın XXXVII turunda "Alkorkon"la keçirilən oyunun 33-cü dəqiqəsində sarı vərəqə alıb. Bununla da o, sarı vərəqə limitini doldurub. Eddi bu səbəbdən "Malaqa" ilə görüşdə oynaya bilməyəcək.
Qeyd edək ki, "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq.
Fanat.Az