Millimizin futbolçusu baş məşqçisiz qaldı

Millimizin futbolçusu baş məşqçisiz qaldı

Millimizin futbolçusu Ufuk Budakın şərəfini qoruduğu "Boluspor”un rəhbərliyi baş məşqçi Sait Karafırtınaları yola salıb.

Fanat.Az xəbər verir ki, məlumatı 1-ci liqa klubunun rəsmi saytı yayıb.

18 turdan sonra 28 xalla 8-ci pillədə mövqe tutan Bolu təmsilçisinin çalışdırıcısı qarşılıqlı razılıq əsasında göndərilib. 

"Boluspor” yanvarın 22-də Türkiyə Kubokunun 1/8 final mərhələsinin ilk oyununda "Qalatasaray”ı qəbul edəcək. Bu görüşün 6 gün əvvəl keçirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. "Boluspor”u "Qalatasaray”la oyuna aşağı yaş qrupları üzrə komandaların koordinatoru Cüneyt Karakuş çıxaracaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər