Millimizin futbolçusu Avropa klublarının hədəfində

Millimizin futbolçusu Avropa klublarının hədəfində

19 yaşlılardan ibarət milli  komandamızın və "Neftçi"nin üzvü Pilağa Mehdiyev Avropa klublarının "radar"ına düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

24 və 26 mart tarixlərində millimizin Litva ilə oyununu izləyən menecerlər gənc futbolçunu bəyənib. 

O, İngiltərə və Norveç klublarının maraq dairəsinə düşüb. Klub nümayəndələri Pilağın meneceri İsmixan Mirzəyev ilə görüş üçün Bakıya gələcəyi bildirilib. 

Qeyd edək ki, əcnəbilər Mehdiyevi izləmək üçün apreldə Makedoniya ilə yoxlama matçı keçirəcək millimizin oyununa da təşrif buyuracaqlar. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər