Millimizin futbolçusu ABŞ-da məşqə başladı - FOTO

Millimizin futbolçusu ABŞ-da məşqə başladı - FOTO
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu koronavirusa görə dayandırdığı məşqləri bərpa edib.
Fanat.Az Arizona təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib.
Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Hazırlıq prosesinə Dadaşov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.
Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə bu ilin yanvarında Almaniyanın "Proyssen" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər