Millimizin futbolçusu 1 ay oynaya bilməyəcək

Millimizin futbolçusu 1 ay oynaya bilməyəcək
Topaz Premyer Liqasının IX turunda "Qarabağ”la oyunun ilk hissəsində zədələnən "Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyovun durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı müdafiəçinin qarın əzələlərində yırtıq aşkarlanıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu, təxminən, 1 ay müalicə olunduqdan sonra fərdi məşqlərə başlayacaq.
Müdafiəçi Millətlər Liqasının V turunda evdə Farer adaları, VI turda səfərdə Kosovo ilə matçları da buraxacaq. 
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov Premyer Liqanın geridə qalan IX turunun 7-də 90 dəqiqə meydanda olub. "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər