Millimizin 2 futbolçusu Türkiyə klubunda - RƏSMİ

Millimizin 2 futbolçusu Türkiyə klubunda - RƏSMİ

Qadınlardan ibarət Azərbaycanın millisinin 2 üzvü Türkiyədə legioner həyatı yaşayacaq.

Fanat.Az xəbər verir ki, Fatimə Əhmədli və Milana Rəhimova Şırnakı təmsil edən "Nuhspor"a keçib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 

Sözügedən kollektiv Türkiyə I Liqasında yarışır və Super Liqaya çıxmağa iddialıdır. Komanda 11 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər