Millimizin 2 futbolçusu Türkiyə klubunda

Millimizin 2 futbolçusu Türkiyə klubunda

Millimizin üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, milliləşdirilmiş futbolçu karyerasını PTT 1-ci liqada davam etdirəcək.

Super Liqa klubu "Kayserispor"dan ayrılan Ufuk "Manisaspor"a keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. 

Ufuk Budak karyerası ərzində Almaniyanın "Ulm 1846", "Frayburq" (ikinci komanda), Türkiyənin "Eskişəhərspor", "Qaziantep BB" və "Kayserispor" klublarında çıxış edib. 27 yaşlı müdafiəçi milli komandamızda 17 oyun keçirib.

"Manisaspor"un qış fasiləsində etdiyi transferdən biri də millimizin sabiq üzvü Uğur Pamuk olub. O, indiyədək Almaniyanın "Arminia" (Bielefeld), "TuS Dornberq", Azərbaycanın "Sumqayıt" və "Xəzər Lənkəran" klublarında çıxış edib, milli komandamızda 2 oyuna çıxıb.

Qeyd edək ki, "Manisaspor" qış fasiləsində bu iki futbolçudan başqa Emrah Tuncel, Hüseyn Tok, Slavko Peroviç, Billal Sebaihi, Fahri Akyol, Nikola Mikiç, İsmail Haktan Odabaşı və Umut Gündoğanı transfer edib, Gökhan Sazdağını icarəyə götürüb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər