Millimizi "cəzalandıran" futbolçu: "Nə edəcəyimi bilmirdim"

Millimizi "cəzalandıran" futbolçu: "Nə edəcəyimi bilmirdim"
Slovakiya yığmasının üzvü Stanislav Lobotka AVRO-2020-nin seçmə mərhələsində millimizlə oyundan sonra açıqlama verib.
 
Fanat.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan yığması üzərində 5:1 hesablı qələbə haqda bunları söyləyib: "4-cü qolun ardından tamam rahatladıq və nəzarət tam bizim əlimizdə oldu". 
Qarşılaşmada hesabı açan Lobotka vurduğu qol anını belə xatırlayıb: "Qol epizodunda orta sahədə boşluq gördüm, irəlilədim və zərbə vurdum. Açığı, zərbə anında nə edəcəyimi bilmirdim. Çünki elə də çox qol vurmamışam".
Qeyd edək ki, 3 oyunda 6 xal toplayan Slovakiya qrupda 2-ci pillədə qərarlaşıb. Millimizin hesabında isə xal yoxdur. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər