Millimizə "Herta" və "Srvena Zvezda"nın futbolçuları cəlb olundu

Millimizə "Herta" və "Srvena Zvezda"nın futbolçuları cəlb olundu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına hazərlaşır. 

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın hazırlıq planı bəlli olub.

17 yaşlılar sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. 

Toplanışda 22 futbolçu dəvət olunub. Heyətə cəlb olunacaq futbolçular arasında ölkə xaricində çıxış edənlər də var: 

1. Məhdi Həsənov - Neftçi 2. Rauf Əyyubov - Sabah 3. Həzrət Səmədov - Sabah 4. Elşən Atakişiyev - Neftçi 5. Fərid Cabbarlı - Zirə 6. Əlibəy Mahmudov - Sabah 7. Tunar Muradov - Sabah 8. Kamil Məmmədov - Neftçi 9. Rəvan Teymurov - Qarabağ 10. Zeyd Nəsirulla - Herta Zehlendorf, Almaniya 11. Murad Qurbanov - Zirə 12. İbrahim Xəlilov - Sabah 13. Elvin Vəliyev - Neftçi 14. Vusal Kərimov - Neftçi 15. Nihad İsaqov - Kəpəz 16. Əli Qazibəyov - Qarabağ 17. Abdulaziz Cabbarlı - Qarabağ 18. İbrahim Babayev - Servette, İsveçrə 19. Nihat İsgəndərov - Qarabağ 20. İslam Həsənov - Srvena Zvezda, Serbiya 21. Əli İbrahim - Qarabağ 22. Elnur Abdullayev - Neftçi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər