Millimizə daha bir futbolçu dəvət aldı

Millimizə daha bir futbolçu dəvət aldı
Azərbaycan milli komandasının Bakıda keçirilən hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmanın və "Neftçi"nin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı paytaxtdakı məşqlərdə iştirak edəcək. O, "Neftçi"dən əsas milliyə dəvət alan sayca 4-cü oyunçudur.
Daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Namik Ələskərov yığmaya çağırılıb.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər