Millimizə 2 qol vuran futbolçuya 52 milyon avro

Millimizə 2 qol vuran futbolçuya 52 milyon avro

"Mançester Yunayted" İvan Perişiçin transferini reallaşdırmaq üzrədi. Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Premyer Liqa klubu "İnter"ə 52 milyon avro təklif edib.

İtalyanlar isə xorvat ulduza görə 55 milyon avro təklif edir. Tərəflərin aradakı 3 milyon avroluq problemi tezliklə həll edəcəyi və transferin reallaşacağı deyilir.

Qeyd edək ki, Perişiç 2015-ci ildə "Volfsburq"dan 14,5 milyon avroya "İnter"ə transfer olunub. O, 2016/17 mövsümündə A Seriyasında 36 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Perişiç "AVRO-2016"nın seçmə mərhələsində millimizə qarşı iki oyun keçirib. 2014-cü ilin 13 oktyabrında Osiekdə keçrilən və xorvatların 6:0 hesablı qələbə qazandığı matçın 24-cü dəqiqəsində meydana çıxan futbolçu 2 qol vurub. 2015-ci ilin 3 sentyabrında Bakıda baş tutan və 0:0 hesabı ilə yekunlaşan görüşdə isə 83 dəqiqə oynayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər