Millimizdən daha dəyərli iki futbolçu - 48 milyonluq fərq

Millimizdən daha dəyərli iki futbolçu - 48 milyonluq fərq
Bu gün Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. İlk 3 oyunda 7 xal qazanan və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan yığmamız Şimali İrlandiyanın qonağı olacaq.
Fanat.Az oyundan əvvəl "Transfermarkt"ın komandaların futbolçularına qoyduğu qiymətlərə nəzər yetirib. Məşhur alman saytı millimizin 25 futbolçusuna 10 milyon 850 min avro (bu günkü məzənnə ilə 19 milyon 894 min 500 manat) qiymət qoyub. Yığmamızın rəqibinin eyni sayda futbolçusunun ümumi dəyəri isə 37 milyon 175 min avrodu (68 milyon 164 min 80 manat). Bu isə iki komandanın heyətləri arasında 26 milyon 325 min avro (48 milyon 269 min 520 manat) fərqin olması deməkdi. 
Yığmamızın ən dəyərli üzvü Deniz Yılmazdı. Robert Prosineçkinin ilk dəfə dəvət göndərdiyi "Bursaspor"un üzvünə 2 milyon avro (3 milyon 667 min 200 manat) qiymət qoyulub. İkinci ən bahalı futbolçumuz isə Bədavi Hüseynovdu - 700 min avro (1 milyon 283 min 520 manat).
Şimali İrlandiyanın ən bahalı futbolçuları isə Conni Evans və Stiven Davisdi. İngiltərənin "Vest Bromviç" və "Sautqempton" klublarında oynayan futbolçuların 6 milyon avro (11 milyon 1600 manat) qiyməti var. Bu iki futbolçu millimizin ümumi heyətindən daha dəyərlidi.

№

Futbolçu (klub)

Dəyəri (avro)

1

Deniz Yılmaz (Bursaspor)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər