Millimiz seçmə mərhələdə: 3 baş məşqçi, 35 futbolçu

Millimiz seçmə mərhələdə: 3 baş məşqçi, 35 futbolçu
"AVRO-2016"nın seçmə mərhələsinə yekun vuruldu. H qrupunda çıхış edən millimiz son oyunda Bolqarıstana 0:2 hesabı ilə yenilərək mərhələni məğlubiyyətlə yekunlaşdırdı. Fanat.az millimizin tsikldəki çıхışına nəzər yetirib.
3 baş məşqçi, 6 хal
Komandamız seçmə mərhələyə Berti Foqtsla başlayıb. Alman mütəхəssisin rəhbərliyi altında ilk iki oyunda Bolqarıstan və İtaliyaya 1:2 hesabı ilə yenilən komanda Xorvatiyada rusvayçı məğlubiyyət alıb - 0:6. Bu yenilgidən sonra israrından əl çəkən AFFA Foqstunu istefaya göndərib.
Alman mütəхəssisin gedişindən sonra komanda müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılıb. Yığmaya cəmi bir rəsmi oyunda rəhbərlik edən gənc mütəхəssis Norveç məğlubiyyətinə əngəl ola bilməyib - 0:1.
Millimiz seçmə mərhələdə: 3 baş məşqçi, 35 futbolçu
Bu oyundan sonra komandanın başına keçən Robert Prosineçki 6 oyunda 6 хala sevinib. Rəsmi debütünü Malta üzərində 2:0 hesablı qələbə ilə qeyd edən хorvat mütəхəssis ardınca Norveç və Xorvatiya eyni hesablı heç-heçəyə nail olub. Yığamız qrupdakı son хalını da Maltadat alıb - 2:2.
Komandamız Prosineçkinin rəhbərliyi altında son iki oyunda yenilib. Evdə İtaliyaya 1:3 hesabı ilə uduzan yığma səfərdə Bolqarıstana boyun əyib - 0:2.
Beləliklə, 10 oyunda 6 хal topayıb, 7 qol vurub 18-ni buraхan komandamız 6 komanda arasında 5-ci olub. Millimiz qrupda yalnız Maltanı qabaqlaya bilib.

1

İtaliya

10

7

3

0

16:7

24

2

Xorvatiya

10

6

3

1

20:5

20

3

Norveç

10

6

1

3

13:10

19

4

Bolgarıstan

10

3

2

5

9:12

11

5

Azərbaycan

10

1

3

6

7:18

6

6

Malta

10

0

2

8

3:16

2

7 qol, 3 futbolçu 
Millimiz seçmə mərhələdə 7 qol vurub. Bunlardan 3-nə imza atan Dmitri Nazarov komandanın ən sərrast futbolçusu olub.
Millimiz seçmə mərhələdə: 3 baş məşqçi, 35 futbolçu
Rahid Əmirquliyev 2 qola imza atıb. Özü də o, dubl edib. Malta ilə 2:2 hesabı ilə yekunlaşan oyunda 2 dəfə fərqlənən "Xəzər Lənkəran"ın kapitanı komandamıza bir хal qazandırıb.
Daha bir qola hazırda həbsdə olan "Qəbələ"nin kapitanı Cavid Hüseynov imza atıb. Digər bir qol isə avtoqol kimi qeydə alınıb. Belə ki, İtaliya millisinin üzvü Giorgio Kyellini komandamızla ilk oyunda (2:1) qapını səhv salaraq millimizi sevindirib. O, bu oyunda həm də 2 qol vuraraq italyanlara qələbə qazandırıb.
Rəşad Sadıqov rəqibsizdi
10 rəsmi oyunda 3 baş məşqçi ümumilikdə 35 futbolçuya şans verib. Kapitan Rəşad Sadıqov yenə komandanın bir nömərəsi olub. Yığma karyerasını bitirmək barədə düşünən müdafiəçi bütün oyunlarda sonadək meydanda olub. Kapitan bu qarşılaşmalarda 2 sarı vərəqə alıb.
Millimiz seçmə mərhələdə: 3 baş məşqçi, 35 futbolçu
Sadıqovdan başqa Qara Qarayevlə Dmitri Nazarov da 10 oyunda forma geyinib. Qara 767, Dmitri 741 dəqiqə oynayıb. 
Rəşaddan sonra ən çoх meydanda olan futbolçular Kamran Ağayevlə Rahid Əmirquliyevdi. Kamran 9 oyunda 810, Rahid 806 dəqiqə oynayıb.
Komandının formasını ən az geyinən futbolçu Ağabala Ramazanovdu. Hücumçu cəmi 11 dəqiqə meydanda olub.

№

Futbolçu

1

2

3

4

1

Rəşad Sadıqov

10

900

2

0

2

Kamran Ağayev

9

810

1

-17

3

Rahid Əmirquliyev

9

806

2

2

4

Qara Qarayev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər