Milli komandanın futbolçusuna silahlı hücum oldu

Milli komandanın futbolçusuna silahlı hücum oldu

"Fənərbaxça"nın və Türkiyə millisinin üzvü Mehmet Topalın maşını gülləbaran edilib.

Sport7.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün məşqdən evə qayıdarkən bu hadisə baş verib. Samandrada yerləşən təlim-məşq bazasında geri dönərkən Topalın maşınını başqa bir avtomobil izləməyə başlayıb. Yolayrıcında dayanan kimi futbolçunu izləyən maşında 3 dəfə atəş açılıb. Avtomobilin ön şüşəsi gülləkeçirməz olduğu üçün Topal xəsarət almayıb. Mərmilər ön şüşəni keçə bilməyib. Dərhal polisə məlumat verən futbolçu hazırda ifadə vermək üçün nəzarətə götürülüb.

"Fənərbaxça" klubu rəsmi sayt vasitəsiylə bəyanat yayıb və hadisəni pisləyib. Araşdırmalardan sonra hücum edənlərin kimliyi və onların məqsədi bəlli olacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər