Milli futbolçumuz qol vurdu, komandası...

Milli futbolçumuz qol vurdu, komandası...
Niderlandın 2-ci liqasında 34-cü turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv "Ekselsior”u qəbul edib və 1:1 hesablıheç-heçəyə razılaşıb.
 
Kökçü start "11-lik"də meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da yığmamızın oyunçusu vurub. 
 
Qeyd edək ki, bu, Ozan Canın "Telstar”ın heyətində keçirdiyi 14 oyunda 2-ci qoludur. 
34 tura 40 xal yığan "Telstar” turnir cədvəlində 11-ci yerdədir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər