Milli futbolçumuz bu il oynamayacaq

Milli futbolçumuz bu il oynamayacaq

"Keşlə”nin yarımmüdafiəçisi Ziya Əzizov bu il futbol oynamayacaq.

 

 

Fanat.Az xəbər verir ki, yayda ölkəmizə gələn futbolçu "Zirə” ilə yoxlama matçında zədələnəndən bəri yaşıl meydanlara dönməyib.

Hollandiyada "Den Boş”da oynamış, daha sonra "Neymegen”ə keçmiş Ziya burada debüt etməmişdi. Elə gəldiyi ölkəmizdə də rəsmi matç görməyib. Ayağında yaranan çatın müalicəsi yekunlaşmamış daha ciddi problemi üzə çıxıb.

Məlum olub ki, yarımmüdafiəçinin öd kisəsində daşlar var və götürülməsi üçün əməliyyat olunmalıdı. Futbolçu hazırda Hollandiyadadı və əməliyyata hazırlaşır. Bu isə o deməkdi ki, Ziya bu il "Keşlə”yə yardım edə bilməyəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər