Milli futbolçumuz baxdı, komandası qələbə qazandı

Milli futbolçumuz baxdı, komandası qələbə qazandı

Ukrayna çempionatında 31-ci turun oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Pavelin komandası rəqib meydanında "Stal”la üz-üzə gəlib. Qonaqlar 2:1 hesablı zəfərə sevinib. Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 42 xalla elitada qalmaq uğrunda mübarizə aparan "ikinci altılıq" klubları arasında 1-ci pillədə qərarlaşıb.

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər