Milli futbolçu İtaliyada əməliyyat olundu

Milli futbolçu İtaliyada əməliyyat olundu
"Lokomotiv”in futbolçusu Fyodr Smolov əməliyyat olunub.
 
Fanat.Az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Sentyabrın 26-da "Baltik” ilə Rusiya Kubokunun 1/16 final matçında rəqib futbolçu ilə toqquşduğu üçün körpücük sümüyü zədələnən 28 yaşlı forvard İtaliyanın paytaxtı Romada əməliyyat keçirib.
Rusiya millisinin üzvünün bərpa prosesinin 30-40 gün çəkəcəyi bildirilir.
Qeyd edək ki, bu ilin yayında 9 milyon avro qarşılığında "Krasnodar”dan "Lokomotiv”ə keçən Smolov Rusiya Futbol İttifaqı tərəfindən 2017/18 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər