Milli futbolçu həbs edildi

Milli futbolçu həbs edildi
Danimarka millisinin və Norveçin "Rusenborq" klubunun futbolçusu Niklas Bendtner həbs olunub. 
 
Fanat.Az xəbər verir ki, buna səbəb onun taksi sürücüsünü vurması olub. 
 
30 yaşlı hücumçu buna görə 50 gün həbs cəzasına məhkum edilib. O, həmçinin zərərçəkmişə 1000 funt sterlinq təzminat ödəməli olacaq. 
Hadisə sentyabr ayında var verib. Bentdner taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb. 
Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngiltərənin "Arsenal" və İtaliyanın "Yuventus" klublarının da şərəfini qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər