"Məsut Özilə nifrət edirəm" - "Qalatasaray"ın futbolçusu

"Məsut Özilə nifrət edirəm" - "Qalatasaray"ın futbolçusu

"Qalatasaray”ın əlcəzairli futbolçusu Sofian Fequli "Fənərbağça"nın ulduz oyunçusu Məsut Özilə nifrət etdiyini bildirib.  Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 2014-cü il dünya çempionatında Almaniyanın Əlcəzairi mübarizədən kənarlaşdırmasına görə Özili günahkar bilir: 

"90 dəqiqə 0-0 bitdi. Əlavə vaxtın əvvəlində Almaniya qol vurdu. İnamımızı itirmədik, amma Məsutun son anda vurduğu qol həyatımızı alt-üst etdi. Özil o an dünyada ən nifrət etdiyim insan oldu. Asistimlə qol vurduq, amma artıq gec idi. Mən hələ də düşünürəm. Almaniyanı mübarizədən kənarlaşdırsaq dünya çempionu olardıq? Məncə, hə. Almaniya Braziliyaya 7 qol vurdu, amma 90 dəqiqə ərzində bizim qapımıza yol tapa bilmədi". Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər