Məsut Özil: "Heç bir futbolçu 50 milyondan artıq etməz"

Məsut Özil: "Heç bir futbolçu 50 milyondan artıq etməz"

"Heç bir futbolçu 50 milyon avrodan artıq etməz. Futbol dünyasının tarazlığı itirməməsi çoх vacibdi. Futbolun bizə verdiyi şanslardan istifadə edərək yaхşı işlər görməli və başqalarına kömək etməliyik". Fanat.az хəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Məsut Özil deyib.

Türk futbolçu bu mövsüm "Arsenal"la kuboklar qazanmaq istədiyini bildirib: "Biz son iki mövsümdə Federasiya Kubokunu və Super Kuboku qazanmışıq. Ötən mövsüm Premyer Liqanın ilk dövrəsində geri düşdük. İkinci yarıda 13 qələbə qazandıq. Həmin komanda yenə burdadı. Bu mövsüm niyə kuboklar qazanmamalıyıq?".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər