Messinin etdiyini Virts də bacardı

Messinin etdiyini Virts də bacardı

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Zaltsburq"u 5:0 hesabı ilə darmadağın edən "Bayer Leverkuzen"in qələbəsinə 2 qolla töhfə verən Florian Virts hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messinin uğurunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, almaniyalı futbolçu bunu 22 yaşa qədər Çempionlar Liqası və Avropa Liqasında 17 qol vuraraq bacarıb.

Qeyd edək ki, Virtsin 21 yaşı var. O, 2020-ci ildən "əczaçılar"ın uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər