"Barselona"dan ayrılacağı gözlənilən Andres İnyestanın yerini kimin dolduracağı müzakirə mövzusu olaraq qalır.
Fanat.Az İngiltərənin "Daily Star" qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubu bu mövqeyə futbolçu transfer etməyəcək.
İddiaya görə, komandanın lideri Lionel Messinin məsləhəti ilə İnyesta gedəcəyi halda onun möqeyində Denis Suares və Karles Alena oynayacaq.
Qeyd edək ki, 24 yaşlı Denis Suares "Barselona"da ikinci mövsümünü keçirir. 20 yaşlı Karles Alena isə "Barselona"nın yetirməsidi.
Fanat.Az