Messi artıq "sıradan bir futbolçudur" - ARAŞDIRMA

Messi artıq "sıradan bir futbolçudur" - ARAŞDIRMA

Lionel Messi PSJ-nin heyətində Liqa 1-də hələlik cəmi 2 qol vura bilib. 

Fanat.Az xəbər verir ki, argentinalı ulduzun birinci və ikinci qolunun arasından 78 gün keçib. Messinin məhsuldarlığının ən pis həddə olması şübhəsizdir. Rusiyanın "Sports.Ru" saytı "Understat" portalının köməkliyi ilə Messinin bu müddət ərzində Fransadakı çıxışı barədə maraqlı göstərici hazırlayıb. Problemin miqyasını başa düşmək üçün Liqa 1-də bu mövsüm Messinin qapıya endirdiyi zərbələr və onların nə dərəcədə effektli olması əks olunub: 

Messi artıq "sıradan bir futbolçudur" - ARAŞDIRMA

Müşahidələr onu göstərir ki, ötən illərə nisbətən Messi qol duyumunu kifayət qədər itirib. 

"El ChiriNquito" nəşri bu göstəricilərin Messinin daha çox komanda yoldaşlarından asılı olması ilə dəyərləndirmişdi: "Barselona"dakı futbolçular olmasaydı, Messi sıradan bir cənubi amerikalı futbolçudur. O, hal-hazırda məhz bunu sübut edir".

Xatırladaq ki, PSJ növbəti oyununa fevralın 12-si doğma meydanda "Renn" klubuna qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər