Portuqaliyanın "Sportinq" klubunun prezidenti Bruno de Karvalyu gözlənilməz addım atıb. Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, komandanın oyunundan narazı qalan prezident 19 futbolçunu qovub.
Bruno de Karvalyu bu addımı Avropa Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə ilk oyunundan (0:2) sonra atıb. Lissabon klubunun prezidenti oyundan sonra futbolçuları sərt şəkildə tənqid etmişdi. Futbolçular isə tənqilərlə razılaşmadıqlarını bildirmişdilər.
"Sportinq"in rəhbəri bildirib ki, narazılığını ifadə edən hər bir oyunçu komandadan uzaqlaşdırılacaq. Bundan əlavə, futbolçulara qarşı sanksiyalar da tətbiq ediləcək.
Fanat.Az