Məşhur klubun bazasında yanğın: 10 futbolçu öldü

Məşhur klubun bazasında yanğın: 10 futbolçu öldü
Braziliyanın "Flamenqo" klubunun bazasında yanğın baş verib.
Fanat.Az xəbər verir ki, Rio-de-Janeryodakı bazada baş verən yanğında 10 nəfər həlak olub, 3 nəfər ağır yanıq xəsarətləri alıb.
Məlumata görə, yanğın gənc futbolçuların qaldığı bazada baş verib. Ölənlərin 14-17 yaşlı futbolçular olduğu bildirilir. 
Komandanın əsas heyətinin üzvləri digər bazada qalır.
Qeyd edək ki, "Flamenqo" Braziliyanın köklü klublarındandı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər