Məşhur klub yeni futbolçunun adını siyahıya salmağı unudub - FOTO

Məşhur klub yeni futbolçunun adını siyahıya salmağı unudub - FOTO
Məşhur Fransa klubu "Bordo"nun prezidenti Jan-Luis Triaud maraqlı açıqlama ilə gündəmə gəlib.
 
Fanat.Az xəbər verir ki, prezident Xorvatiya təmsilçisi "Hayduk"dan transfer etdikləri 21 yaşlı futbolçu Toma Basiçin adını Avropa Liqası üçün açıqlanan heyətə salmağı unutduqlarını bildirib. Bu üzdən futbolçu cari mövsüm Avroliqanın qrup mərhələsindəki oyunlarında forma geyməyəcək. 
 
Bunun rəhbərliyin səhvi olduğunu bildirən prezident, xorvat futbolçunun Avroliqanın 1/16 final mərhələsində oynaya biləcəyini bildirib. 
 
Basiç yay transfer dönəmində "Hayduk"dan 1,3 milyon avro qarşılığında fransız klubuna keçmişdi.
 
Məşhur klub yeni futbolçunun adını siyahıya salmağı unudub - FOTO
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər