Məşhur futbolçuya şok ittiham - Uşaq pornoqrafiyası yayıb

Məşhur futbolçuya şok ittiham - Uşaq pornoqrafiyası yayıb
Düseldorf prokurorluğu Almaniya millisinin sabiq futbolçusu Kristof Metselderə uşaq pornoqrafiyasının yayılmasına görə rəsmi ittiham irəli sürüb.
İstintaqın nəticələrinə əsasən, veteran müdafiəçi 2019-cu il 9 iyul - 1 sentyabr tarixləri arasında 3 nəfərə bununla bağlı oxşar sənədlər göndərib.
Həmin şəxslərin məhkəməyə şahid qismində çıxacaqları bildirilib.
2019-cu ildə kriminal polis bölməsinin Metselderin evində apardığı araşdırma nəticəsində uşaq pornoqrafiyasına aid 297 sənəd aşkarlanıb.
Qeyd edək ki, Metselder ölkəsində "Bavariya" və "Şalke", İspaniyada isə "Real Madrid"in formasını geyinib. O, millinin heyətində 2002 və 2006-cı illərdəki dünya çempionatlarında müvafiq olaraq gümüş və bürünc medallar qazanıb. Keçmiş futbolçu 2008-ci ildəki Avropa çempionatında isə komandasının finaladək irəliləməsinə kömək edib. (report.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər