Məşhur futbolçuya qaraciyər köçürülməlidir

Məşhur futbolçuya qaraciyər köçürülməlidir

İngiltərə millisinin, "Nyukasl" və "Vest Hem" klublarının sabiq futbolçusu Kiron Dayerin səhhətində problem yaranıb.

Fanat.Az xəbər verir ki, veteran yarımmüdafiəçiyə ilkin sklerozan xolangit (qaraciyərin içində və xaricində olan safra kanallarının iltihabı ilə xarakterizə edilən nadir xroniki xəstəlik) diaqnozu qoyulub. Bu səbəbdən keçmiş oyunçunun qaraciyər köçürülməlidir.

Hazırda ölkəsinin "İpsviç" klubunun gənclər komandasına rəhbərlik edən mütəxəssis xəstəliyi ilə bağlı əlavə şərh vermək istəməyib. O, şəxsi həyatına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Dayer İngiltərə millisində 33 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər