"Liverpul" "Şaxtyor"un ulduzunu istəyir. Fanat.az xəbər verir ki, baş məşqçi Yurgen Klop Aleks Teyşeyranın transferini rəhbərlikdən tələb edib.
İddiaya görə, "Liverpul" braziliyalı hücumçu üçün Ukrayna klubuna 24,5 milyon funt-sterlinq (55 milyon 469 min manat) təklif edir. Son qərarı isə "Şaxtyor" verəcək. Çünki bu futbolçunu "Liverpul"la yanaşı, "Çelsi" də istəyir.
Qeyd edək ki, Aleks Teyşeyra 2010-cu ildə "Vasko da Qama"dan transfer olunduğu "Şaxtyor"un heyətində indiyədək 223 rəsii oyuna çıxıb və 89 qol vurub. "Transfermarkt" saytı ona 30 milyon avro qiymət qoyu.
Fanat.az