Məşhur futbolçunun xanımı intihar etdi - FOTO

Məşhur futbolçunun xanımı intihar etdi - FOTO

Yanvarın 14-də axşam saatlarında Türkiyədə Milliyətçi Hərəkat Partiyasının deputatı, veteran futbolçu Saffet Sancaklının həyat yoldaşı Hülya Sancaklı intihara cəhd edib. Hülya Sancaklı tapançadan başına atəş açıb.

Vəziyyəti ağır olan Hülya Sancaklı İstanbulda özəl bir xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən Hülya Sancaklının vəziyyətinin ağır olduğu açıqlanıb.

Məşhur futbolçunun xanımı intihar etdi - FOTO

Saffet Sancaklı olaydan xəbərdar olduqdan sonra Ankaradan İstanbula uçmaq üçün təyyarə tapa bilməyib. Baş nazir Binəli Yıldırımın təlimatı ilə Saffet Sancaklı baş nazir üçün ayrılmış təyyarə ilə Ankaradan İstanbula yola salınıb. 

Qeyd edək ki, 1966-cı il fevralın 27-də keçmiş Yuqoslaviyada Tutin şəhərində anadan olan Saffet Sancaklı Türkiyədə “Kültürspor”, “Vefa”, “Beşiktaş”, “Eskişehirspor”, “Konyaspor”, “Sarıyer”, “Kocaelispor”, “Qalatasaray” və “Fənərbaxça” klublarında hücumçu mövqeyinə oynayıb. Futbolçu karyerasına 1999-cu ildə “Konyaspor” klubunda son qoyub. Türkiyə çempionatında ümumilikdə 130 qol vurub, 20 dəfə Türkiyə milli komandasının formasını geyinib, bu oyunlarda 6 dəfə fərqlənib. Son parlament seçkilərində MHP-nin Kocaelindən deputatlığa namizədi olub və deputat seçilib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər