Məşhur futbolçunun ölümünün səbəbkarı tapıldı

Məşhur futbolçunun ölümünün səbəbkarı tapıldı

Argentinalı futbolçu Emiliano Salanın ölümü ilə nəticələnən təyyarə qəzasında kimin günahkar olduğu məlum olub.

Fanat.Az xəbər verir ki, uçuşun təşkilində vasitəçi olan David Hendersonun səhlənkarlığı ucbatından baş verdiyi təsdiqini tapıb.

Hendersonun uçuş üçün təyin etdiyi pilot David İbbotsonun lisenziyası və şəhadətnaməsinin olmadığı üzə çıxıb.

75 yaşlı təşkilatçının qəzadan dərhal sonra mobil telefonu ilə bəzi şəxslərə göndərdiyi mesajlarda onları hadisə ilə bağlı danışmamağa məcbur etməsi məhkəmədə sübuta yetirilib. Hendersonun sertifikatları olmayan digər pilotlarla işlədiyi və qadağan olunmuş uçuşlar təşkil etdiyi də bildirilib.

Hendersonun cəzası noyabrın 12-də keçiriləcək məhkəmədə bəlli olacaq.

Qeyd edək ki, Emiliano Sala Uelsin “Kardiff Siti” klubuna qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Hücumçu Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər