Məşhur futbolçunun evini yardılar - FOTOLAR

Məşhur futbolçunun evini yardılar - FOTOLAR

Məşhur britaniyalı futbolçu Con Terrinin evi qarət olunub. İnsident fevralın 25-də, Surrey qraflığında qeydə alınıb.

Adıçəkilən evi İngiltərə yığma komandasının sabiq kapitanı 2014-cü ildə tanınmış qolfçu Kolin Montqomeridən 5 milyon funt sterlinqə alıb.

Cinayət C.Terri həyat yoldaşı ilə birgə Dubayda olduqları vaxt baş verib. Faktla bağlı polis araşdırma aparır.

1998-ci ildən Londonun “Çelsi” klubunun şərəfini qoruyan C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər