Braziliyalı veteran futbolçu Mario Jardelin siyasi karyerasına ağır zərbə dəyib. Fanat.Az xəbər verir ki, 43 yaşlı veteran futbolçunun deputat mandatı əlindən alınıb.
Rio Qrande do Sul regional parlamentinin deputatı olan Jardel saxta sənəd düzəltməkdə və vəzifə səlahiyyətlərindən süi-istifadə etməkdə suçlanırdı. Ötən il onun ofisinə pois basqını zamanı qanunsuz fəaliyyətini sübut edən faktlar tapılmışdı. Parlamentin ədalət komissiyasında bu məsələ müzakirəyə çıxarılıb və komissiyanın bütün üzvləri (10 üzv) veteran futbolçunun əleyhinə səs verib.
Jardel 2014-cü ildə keçrilən seçkilərdə 40 mindən artıq səs toplayaraq deputat mandatına yiyələnmişdi.
Qeyd edək ki, Jardel Avropada "Qalatasaray", "Portu", "Sportinq" kimi klubların formasını geyinib. 4 dəfə Portuqaliya çempionu olub, "Qalatasaray"la UEFA Super Kubokunu qazanıb. 5 dəfə Portuqaliya çempionatının, 1 dəfə Çempionlar Liqasının bomabardiri olub.
Fanat.Az