Məşhur futbolçunun 9 yaşlı dünya gözəli qızı - FOTOLAR

Məşhur futbolçunun 9 yaşlı dünya gözəli qızı - FOTOLAR

Rusiyanın paytaxtı Moskvada yaşayan 9 yaşlı Kristina Pimenova "Dünyanın ən gözəl qızı" olaraq tanınır. Fanat.az xəbər verir ki, Pimenovanın "Instagram"da 400 min, "Facebook"da 2 milyon təqibçisi var.

Balaca gözəlçə özü sosial mediadan istifadə etmir. Fotolarını sosial şəbəkəyə anası Glikeriya Pimenova yükləyir.

27 dekabr 2005-ci ildə Moskvada dünyaya gələn kiçik modelin atası da zamanında kifayət qədər məşhur futbolçu olmuş Ruslan Pimenovdu. O, karyerası ərzində Rusiyanın "Torpedo-ZIL" (Moskva), "Lokomotiv" (Moskva), "Alaniya", "Dinamo" (Moskva), Fransanın "Mets" və Belarusun "Dinamo" (Minsk) klublarında çıxış edib. 2010-cu ildə karyerasını bitirmiş Ruslan 2001-2002-ci illərdə Rusiya millisində 5 oyun keçirib. O, "DÇ-2012"də Belçika, Yaponiya və Tunisə, yoldaşlıq oyunlarında isə İsveç və Belarusa qarşı oynayıb.

9 yaşlı super model Kristina Pimenova atası Ruslan Pimenov, anası Glikeriya və 14 yaşlı bacası Nataliya ilə birlikdə Parisdə yaşayır. 

"Vogue", "Bambini" kimi məşhur dərgilərin ana səhifəsinə çıxan Kristina "Woman Daily" jurnalı tərəfindən "Dünyanın ən gözəl qızı" elan edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər