Məşhur futbolçudan qeyri-adi 8 Mart hədiyyəsi

Məşhur futbolçudan qeyri-adi 8 Mart hədiyyəsi
“Mançester Yunayted”in futbolçusu Memfis Depayın “Vest Bromviç”lə oyunda geyindiyi butslar marağa səbəb olub.
 
Hollandiyalı futbolçu meydana güllü butslarda çıxıb. O, sosial şəbəkədə yazdığı statusda güllü butsları anasına həsr etdiyini bildirib. Depay bu hərəkətiylə anasının 8 Mart bayramını təbrik edib:
 
“Yeni butslar. Bunlar sənə görədi, ana! Bayramın mübarək! Hər şeyə görə sağ ol”.
 
Depay qarşılaşmanın 75-ci dəqiqəsində meydana çıxıb. Görüş isə “Mançester Yunayted”in məğlubiyyətiylə başa çatıb - 0:1. (Publika.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər