Məşhur futbolçu zorakılıqda ittiham olunur

Məşhur futbolçu zorakılıqda ittiham olunur
Uels millisinin sabiq futbolçusu Kreyq Bellami "Kardiff Siti"nin U-18 komandasının baş məşqçisi postundan müvəqqəti uzaqlaşdırılıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, buna səbəb uelsli mütəxəssisin futbolçulara qarşı zorakılıqda ittiham edilməsi olub.
İddia olunur ki, 40 yaşlı sabiq forvard gənc futbolçuların bir ilə aqressiv davranıb və onu qorxudub. Həmin futbolçu artıq komandadan ayrılıb. Amma klub bununla bağlı daxili araşdırma aparmaq qərarına gəlib. Bellami ittihamı rədd edib.
Qeyd edək ki, Bellami karyerası ərzində "Norviç", "Konverti Siti", "Nyukasl", "Blekbern", "Liverpul", "Mançester Siti", Vest Hem", "Kardiff Siti" və "Seltik" klublarında çıxış edib, Uels millisində 78 oyun keçirərək 19 qol vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər