Xose Antonio Reyes yol qəzasında həlak oldu

Xose Antonio Reyes yol qəzasında həlak oldu
"Arsenal"ın sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında həlak olub.
Fanat.Az Daily Mail-ə istinadən xəbər verir ki, 35 yaşlı sabiq futbolçu İspaniyanın Sevilya şəhərində baş verən qəzada həyatını itirib. 
Qeyd edək ki, Xose Antonio Reyes kariyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib. O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalamışdı. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər