Məşhur futbolçu paltardəyişmə otağında həbs olundu

Məşhur futbolçu paltardəyişmə otağında həbs olundu

2008-2009-cu illərdə PSJ-də çıxış edən Uilyams de Souza həbs olunub. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu stadionun paltardəyişmə otağında saxlanılıb.

Buna səbəb onun vergidən yayınması olub. Karyerasını Braziliyanın həvəskarlar liqasında çıxış edən "Brasiliense" klubunda davam etdirən 38 yaşlı Souza "Parakatu" ilə keçirəcəkləri oyuna çıxmağa hazırlaşarkən həbs edilib.

Souza PSJ-dən başqa Braziliyanın "San Paulo", "Qremio", "Fluminense" və "Kruzeyro" kimi məşhur klublarında top qovub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər