Məşhur futbolçu otelə hücum zamanı xəsarət aldı

Məşhur futbolçu otelə hücum zamanı xəsarət aldı
Futbol üzrə İngiltərə yığma komandasının sabiq yarımmüdafiəçisi Pol Qaskoyn London şəhərindəki otellərdən birinə hücum zamanı başından xəsarət alıb.
Otelə hücum edən şəxs futbolçunu pilləkənlərdən aşağı itələyib. Polisin məlumatına görə, 49 yaşlı Qaskoyn hadisə zamanı sərxoş olub, lakin hazırda axtarışda olan naməlum şəxsə qarşı heç bir təhrikedici addım atmayıb.
Həkimlər futbolçuya kəllə sümüyünün zədəsi diaqnozu qoyublar və başına 11 tikiş atıblar. ("Report")
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər