"Fənərbaxça"nın futbolçusu Miroslav Stoç nişanlısını gözlənilməz hədiyyə ilə sevindirib. Slovakiyalı yarımmüdafiəçi model nişanlısı Pauli Bedzetiovaya avtomobil alıb.
O, gələn ay övladını dünyaya gətirəcək sevgilisinin əhval-ruhiyyəsini artırmaq üçün ona 80 min avroluq "Porsche" avtomobili hədiyyə edib. Sevincini sosial şəbəkə vasitəsilə bölüşən çexiyalı Bedzetiova avtomobilin şəklini paylaşıb və 28 yaşlı futbolçuya təşəkkür edib:
"Nə gözəl hədiyyədir. Çox sevindim. Təşəkkür edirəm, həyatım". Qeyd edək ki, Pauli Bedzetiova model olmaqla yanaşı, rəqs və fitnesslə də yaxından maraqlanır.


Fanat.Az